Azərbaycanda ilk dəfə imam və axundların vahid geyiminin tətbiqinə başlanıb

Azərbaycanda ilk dəfə olaraq müsəlman din xadimlərinin – imam və axundların vahid geyiminin tətbiqinə başlanıb.

APA-nın məlumatına görə, bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə təqdimat mərasimi keçirilib.
 
İlk olaraq milli geyimlər QMİ tərəfindən təşkil olunmuş dindarların təkmilləşdirilməsi kurslarının 100 müdaviminə təqdim olunub. Bildirilib ki, geyimlərin dindarlara verilməsi davam edəcək. /

Google+ WhatsApp ok.ru