Azərbaycanda dini dərslər tədris oluna bilər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qubada vətəndaşları qəbul edib. 
 
Komitədən Maide.az-a verilən məlumata görə, qəbulda Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də iştirak edib. DQİDK-nın sədri görüşə gələn vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar.
      
Vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən M. Qurbanlı bu məsələlərin tezliklə həllini tapacağını bildirib. O, şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib.
  
Sonda vətəndaşların müraciətlərinin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib. 
 
M. Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda gələcəkdə dini dərslər tədris oluna bilər.

Google+ WhatsApp ok.ru