Azərbaycanda həbs edilən İŞİD-çilər danışdı- Video

Uzun müddətdir ki gündəmi zəbt edən ölkədən xaricdə döyüşən azərbaycanlılarla bağlı xəbər var. Onlardan bir qrupu tutulub.
Maide.az- ANS TV-ə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi həyata keçirdiyi əməliyyat nəticəsində Suriya və Pakistanda fəaliyyət göstərər silahlı birləşmələrin tərkibində qeyri-qanuni fəaliyyət göstərən 26 Azərbaycan vətəndaşı tutulub. Artıq onların barəsində silahlı birləşmələrin tərkibində iştirakdan tutmuş, yetkinlik yaşına çatmayanları ağır cinayətlərə təhriketmə maddələri ilə cinayət işinə başlanıb. Müəyyən edilib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan ərazisində həmin dövlətin və Azərbaycan qanunlarına zidd olaraq silahlı birləşmələrdə iştirak ediblər. Onların əskəriyyəti, hətta ailələrini də özləri ilə götürüblər.
 
Aralarında elələri var ki, başqa dövlətin ərazisində saxlanılsalar da arvad uşaqları hələ də Suriyada aktiv döyüş bölgəsində qalıblar. Saxlanılanlardan məsələn, Elşən Qurbanlı adlı birisinin Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçdiyi bildirlir. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz istəyi ilə şəxsiyyəti istintaqla araşdırılan "Xattab” ləqəbli "əmir”in rəhbərlik etdiyi "Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra Elşən Qurbanlı və digərləri "İŞİD” adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər. Bu hərbi əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv olub, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər yaraqlılarla birlikdə Suriya ərazisinə qayıdıb. Saxlanılanlardan biri isə Vüqar Dursunəliyev isə azyaşlı oğlunu müharibəyə göndərib. Ata15 yaşlı Elvin Dursunəliyevi silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib.
 
Əgər günahları sübuta yetirlərsə, 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.

Google+ WhatsApp ok.ru