Azərbaycanda hava şəraiti yenidən pisləşəcək, güclü şimal küləyi əsəcək

Sabah Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, yağış yağacaq, güclü şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 20-23, axşama doğru isə 15-17 dərəcə olacaq.

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq. Qərb küləyi arabir güclənəcək.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-5, gündüz 7-12 dərəcə isti olacaq. /

Google+ WhatsApp ok.ru