Azərbaycan Fransaya nota verdi

Fransa Milli Assambleyasının üzvü Fransua Roşeblounun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və sentyabrın 23-26-da Parisdə keçirilmiş beynəlxalq turizm sərgisində Ermənistana aid pavilyonda qondarma Dağlıq Qarabağ rejiminin də təmsil olunması ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyi Fransanın Xarici İşlər Nazirliyinə, Fransa Milli Assambleyasına və turizm sərgisinin təşkilatçısı olan şirkətə etiraz notası və məktublar göndərib. Məlumatı “Media forum” saytına Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev verib.

Bu ayın sonunda Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyini xatırladan Hikmət Hacıyev deyib ki, belə bir ərəfədə Ermənistanın, Fransadakı erməni diasporunun və onun bilavasitə təsiri altında olan Fransua Roşebloun kimi şəxslərin məqsədyönlü şəkildə qeyri-qanuni əməllərə yol verməsi ilk növbədə Fransaya qarşı təxribatdır.

Hikmət Hacıyev əlavə edib ki, Ermənistanın və Fransadakı erməni diasporunun təsiri altında olan, şovinist və irqçi baxışlara malik Fransua Roşebloun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə qurduğu təmasları ilə həmçinin separatizmin, etnik təmizləmənin, insanlığa qarşı cinayətlərin, işğal və təcavüzün təşviqinə rəvac verir. /

Google+ WhatsApp ok.ru