Azərbaycan və İran mətbuatı birləşir?

Komitə bir çox məsələlər üzrə əməkdaşlıq imkanlarını araşdıracaq

Azərbaycan və İran arasında kütləvi informasiya vasitələri (KİV) üzrə birgə komitə yaradılacaq. 
 
Maide.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, nəzərdə tutulan komitə mətbuat sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və treninqlərin təşkili, birgə film və televiziya seriallarının çəkilişi, tele və radioyayım sahəsində texniki kursların təşkili məsələləri ilə məşğul olacaq. Bununla bağlı Bakıda ilkin razılıq əldə oluna bilər.
 
İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, bu məsələ ilə bağlı İran Dövlət Televiziya və Radiosunun rəhbəri İzzətulla Zərqəminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana bu gün baş tutacaq səfəri çərçivəsində müzakirə aparılacaq.
 
Xatırladaq ki, İran nümayəndə heyətinin səfəri Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə baş tutur. Nümayəndə heyətinin ssəfər proqramına əsasən, İ.Zərqəmi Azərbaycnın bəzi KİV və televiziya kanallarının rəhbərləri ilə görüşəcək, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirə aparacaq.

Google+ WhatsApp ok.ru