Azərbaycan sinoptiklərindən xəbərdarlıq: hava yenidən kəskin soyuyacaq

Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, uzun müddət davam edən mlayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq, hava şəraitinin dəyişiləcəyi, axşama doğru isə kəskinləşəcəyi gözlənilir.

Gün ərzində arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru daha da şiddətlənəcək. Güclü küləkli hava şəraiti oktyabrın 20-i gündüzə kimi davam edəcək. Oktybarın 19-da axşam və oktyabrın 20d-ə gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.

Oktyabrın 19-da havanın temperaturu günün birinci yarısında 20-25 dərəcə isti təşkil etsə də, axşam saatlarından başlayaraq, şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur 10-12 dərəcə enəcək. Oktyabrın 20- də gecə və gündüz saatlarında havanın temperaturu 10-14 dərəcə isti olacaq.

Respublikanın rayonlarında isə havanın dəyişməsinə səbəb olan proses bir qədər tez başlayacaq. Proses oktyabrın 19-da səhər saatlarında şimal və qərb rayonlarından başlayacaq. Gün əzində isə bu proses artıq əksər rayonları əhatə edəcək, hava şəraiti kəskin dəyişəcək, yağıntı müşahidıə ediləcək. Bəzi rayonlarda yağıntıların intensiv olacağı ehtimalı var.

Oktyabrıb 19-da və oktyabrın 20-ü gündüzə kimi rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir. Oktyabrın 20-də havanın temperaturunun ötən günlərlə müqayisədə 8-12 dərəcə enəcəyi gözlənilir. Intensiv yağıntılar nəticəsində çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

U.Tağıyeva bildirib ki, bu proses kəskin olsa da, qısa müddətli olacaq. /

Google+ WhatsApp ok.ru