Azərbaycan alimləri yeni dərman ixtira elədi

Azərbaycanda alimlər tərəfindən yeni dərman vasitəsi ixtira olunub.Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, “Ağ Naftalan yağı” oktyabrın 23-də Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsi kimi qeydə alınıb. Onun sözlərinə görə, akademiya tarixində ilk dərmandır ki, bunun istifadəsinə icazə verilib: “Dərmanın hazırlanması üçün vanna kimi istifadə edilən Naftalan neftinin tullantısından yağ alınıb. “Ağ Naftalan yağı”ın dərman kimi istifadəsinə icazə verilib. Yeni dərmanın burun-boğaz xəstəlikləri üçün istifadə olunması nəzərdə tutulur”.

Google+ WhatsApp ok.ru