Azərbaycanla bağlı 18 milyonluq korrupsiya “The Washington Post”da

Avstriya məhkəməsinin Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə rüşvət verilməsinə dair hökmündən prokuror şikayət verib

Bakıda Raluka Tanaseskuya rüşvət verməli olduğu vəzifəli şəxslərin siyahısı verilib

Manatın çapı üçün Avstriya şirkətilə bağlanmış müqavilənin 20 faizinin Azərbaycan hökumətinə rüşvət şəklində qaytarılmasına dair qalmaqal gündəmdən düşmür. Təsəvvür edin, “Bloomberg”in bu mövzuda oktyabrın 18-də yayımladığı geniş məqaləni dünən dünyaca nüfuzlu “The Washington Post” yenidən tirajlayıb.
 
Sabah ABŞ Konqresinin Helsinki Komissiyasında keçiriləcək Azərbaycana dair dinləmələrərəfəsində bu materialın yenidən, özü də belə bir nüfuzlu media orqanında yayımlanmasının təsadüf olduğu bir o qədər inandırıcı görünmür. Istisna deyil ki, “The Washington Post” müvafiq dairələrin diqqətini Azərbaycan hökumətinin korrupsiyaəməllərinə yönəltmək istəyir. "Azadlıq" qəzetinin saytı “Avstriyadakı valyuta qalmaqalı pul çapında qaranlıq məsələlərə işıq saldı” sərlövhəli məqaləni təqdim edib:
 
Azərbaycanla korrupsiya razılaşması
 
2005-ci ilin dekabrında səhər hava işıqlaşana yaxın Avstriya Mərkəzi Bankınınəməkdaşları 30 milyona yaxın banknotu yük maşınlarına doldurdular. Onlar Azərbaycanın milli valyutası olan manatəskinaslarını 38 tonluq maşınlara yüklədilər. Polislərin müşayiətilə Slovakiya sərhədinə çatdırıldı, oradan da Bratislava aeroportundan təyyarə ilə Bakıya yola salındı.
 
 
Bu, ilk baxışdan adi bir beynəlxalq müqavilə çərçivəsində həyata keçirilmiş pul çapı idi. Lakin avstriyalı prokurorlar deyir ki, buəslində, Avstriya Mərkəzi Bankının vəzifəli şəxslərinin azərbaycanlı həmkarları ilə korrupsiya razılaşmasının tərkib hissəsi idi.
 
Bu ilinəvvəlində həmin iş üzrə 9 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlara qarşı rüşvət alma, çirkli pulların yuyulması və digər ittihamlar irəli sürülüb. Təqsirləndirilən şəxslər arasında Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan və pul çapı ilə məşğul olan OeBS-nin rəhbəri də vardı.
 
Avstriyalı prokurorların sözlərinə görə, bu korrupsiya razılaşması çərçivəsindəəvvəlcə Azərbaycan məmurlarına, daha sonra Suriya Mərkəzi Bankına offşor hesablar vasitəsilə 18 milyon dollar göndərilib. Məqsəd isə pul çapı üçün müqavilənin məhz yuxarıda adıçəkilən şirkətlə imzalanması olub.
 
Oktyabrın 3-də sözügedən 9 nəfərdən 7-si Vyana Cinayət Məhkəməsində məhkum olunub. Təqsirləndirilən şəxslərdən ikisinə isə bəraət verilib. Bəraət alanlardan biri də Avstriya Mərkəzi Bankının sədr müavini, OeBS-nin keçmiş rəhbəri Volfqanq Duçazekdir. Pul çap edən şirkətin rəhbəri Maykl Vulf, eləcə də Yohan Miller isə hökm çıxarılana qədər də təqsirlərini etiraf etmişdilər.
 
Azərbaycan tərəfinin 20 faizlik rüşvət şərti
 
Bu günəskinas çapı çox böyük biznesdir. Dövlət orqanları və özəl podratçılar hər il 165 min ton pul çap edirlər. Pulların saxtalaşdırılmasının qarşısını almaq üçünən müxtəlif vasitələrdən, o cümlədən xüsusi rənglərdən, holoqramlardan istifadə olunur.
 
Bir sıra ölkələr özləriəskinas çap edə bilmirlər. Dünyadakıəskinasların təxminən yarısı özəl şirkətlər tərəfindən hazırlanır. Bu sahədə dünyada üç şirkət dominantlıq edir vəəskinasların 60 faizinin çapı da onların payına düşür. Bunlar Almaniya, Fransa və Ingiltərə şirkətləridir.
 
OeBS bu sahədə hələ kiçik oyunçudur. Ammaəvvəlki kimi, ildə Avstriya və avrozonadakı qonşular üçün 600 milyon banknot çap edir. Bu şirkət, hətta uzaq Afrika ölkəsi üçün də pul çap edib.
 
Duçazek 2003-cü ildə Avstriya Mərkəzi Bankının Direktorlar Şurasının sədri təyin olunandan sonra şirkət Avropadan kənardakı ölkələr üçün də pul çapına çalışıb, amma uğursuzluğa düçar olub. 
 
Cinayət işinin materiallarına görə, 2004-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı milli valyutanı dəyişmək barədə qərar verib. OeBS-ninəməkdaşı Raluka Tanasesku Azərbaycan üçün pul çapına dair müqaviləni qazanmaq üçün Bakıya gəlib. Danışıqlar zamanı Azərbaycan Mərkəzi Bankının vəzifəli şəxsləri belə bir şərt irəli sürüblər ki, Avstriyada pul çapı üçün nəzərdə tutulmuş məbləğin üzərinə 20 faizəlavə olunsun. Yəni, müqavilədə qiymət 20 faiz artıq göstərilsin. Həmin 20 faiz də sonradan Azərbaycan məmurlarına qaytarılsın.
 
55 yaşlı Tanasesku ifadəsində göstərib ki, Azərbaycan tərəfinin şərtlərini öz rəhbərlərilə müzakirə edəndən sonra razılıq verib. Güman ki, Azərbaycandakı vəzifəli şəxslər bu yolla rüşvəti maliyyələşdirirlər.
 
“Bunu da Azərbaycan xalqı ödəməli oldu”, - deyə prokuror Uolkert Sakman bu ilin fevralında məhkəmə prosesininəvvəlində bildirmişdi.
 
Elman Rüstəmov ittihamlara niyə cavab vermir?
 
Ittiham aktında rüşvəti alan tərəf kimi iki nəfərin adı çəkilsə də, onlar məhkəmə prosesinə gəlmədi. Bunlardan biri Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov, digəri isə onun suriyalı həmkarı Adib Mayale idi. Bunlara Avstriyada cinayət törətməyə görə ittiham elan olunmadı.
 
62 yaşlı Elman Rüstəmov özünün, eləcə də Azərbaycan Mərkəzi Bankının digərəməkdaşlarının rüşvət alması barədə Vyana məhkəməsində şahidlərin səsləndirdiyi açıq ittihamlara cavab vermədi. Bankınəməkdaşları “Bloomberg News”un bu mövzuda sorğularını da cavabsız qoydu.
 
59 yaşlı Mayale isə ittihamları təkzib edib. O bildirib ki, Suriyanınəskinas çapına dair Rusiya ilə müqaviləsi var: “Belə olan halda, Avstriyada pul çapı bizim nəyimizə lazımdır?”
 
Prokurorlar bildirirlər ki, Suriyada vəziyyətin gərginləşməsiləəlaqədar bu ölkə ilə bağlı yeniəskinasların çapına dair proses başa çatmayıb.
 
“Bakıda rüşvət verməli olduğum adamların adlarını çəkməyə qorxuram”
 
Rumıniyaəsilli Tanasesku hələ məhkəmə prosesi başlamamışdanəvvəl rüşvətxorluq və çirkli pulların yuyulması kimi cinayətlərdə özünü təqsirli bilib. O bildirib ki, Azərbaycanda ona rüşvət verməli olduğu şəxslərin siyahısını təqdim ediblər. Lakin o, siyahıdakı adları açıqlamayıb. Bildirib ki, qorxur və həyatını təhlükə altına atmaq istəmir.
 
Miller isə ifadəsində göstərib ki, OeBS rüşvət verməsəydi, müqaviləni qazana bilməzdi. Bu da şirkətin gələcəyini sual altına qoya bilərdi. Avstriya Mərkəzi Banki bu şirkəti bağlamaq məsələsini müzakirə edirmiş.
 
Duçazek məhkəmədə suallara cavab verərkən deyib ki, proses müddətində 20-yə qədər yoxlama aparılıb, amma heç vaxt nöqsan aşkarlanmayıb.
 
Lakin ittiham tərəfi hesab edir ki, məhz bu yoxlamaların birində milyonlarla dolların offşor şirkətlər vasitəsilə müəyyən ünvanlara ötürülməsi faktı aşkarlanıb. Auditorlar həmin informasiyanı polis və prokurorluq orqanlarına ötürüblər. Məlumata görə, pullar Panama, Livan, Abu-Dabi və Britaniyanın Vircin adalarındakı şirkətlər vasitəsilə ötürülürmüş.
 
Pivə üçün tonlarla xammal Bakıda kimə göndərilib?
 
Prokurorluğun məlumatına görə, 2005-ci ildə Azərbaycana rüşvət qismində həm də pivə istehsalı üçün zəruri olan yüz tonlarla xammal göndərilib. Lakin həmin malın kimə çatdırıldığı və ondan necə istifadə olunduğu məhkəmədə aydınlaşdırılmayıb.
 
Təqsirləndirilən şəxslərdən Miller, Vulf və Tanasesku həbsxanadan yaxasını qurtara bildi. Onların hər birinə iki il şərti azadlıqdan məhrumetmə cəzası verildi. Duçazek israr edirdi ki, təhlükəsizlik kameralarının yaddaşına baxış keçirilsin.
 
Yeri gəlmişkən, prokuror Duçazekin barəsində çıxarılmış bəraət hökmü ilə razılaşmır. Avstriya qanunlarına uyğun olaraq, prokuror hökmdən şikayət verib.
 
***
 
Məqalənin sonunda o da qeyd olunur ki, bu korrupsiya skandalı ilə bağlı dahaəhatəli material “Bloomberg Market” jurnalının dekabr buraxılışında çap olunacaq ("Azadlıq.info").

Google+ WhatsApp ok.ru