Azərbaycanda tələbələrə kreditlərin verilməsinin ləğvi təklif edildi 20 Noyabr 2014 02:00 Ölkə "Tələbələrə kreditlərin verilməsi ləğv olunmalıdır". Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. A.Məhərrəmov bildirib ki, ölkədə 1800 elmi işçi var ki, onların 1200-ü ali məktəblərdə çalışır: “Belə halda elmin inkişafı vəsait tələb edir”. Millət vəkili bir neçə təkliflə çıxış edərək deyib ki, elmi dərəcələrə görə əməkhaqları artırılmalıdır: “Elm haqqında" qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv edilməli, magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir”. Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var: “Bunlar sahibkarları cəlb edirlər ki, universitetlərə kömək etsinlər”. / Teqlər : #Azərbaycanda tələbələrə kreditlərin verilməsinin ləğvi təklif edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarının adları məlum olub - SİYAHI Allahşükür Paşazadə İrana səfərə gedir