Azərbaycanda qeyri-islami icmalara maliyyə yardımı ediləcək

“Yəhudi icmasının nümayəndələri  yardımlara görə prezidentə təşəkkür etdilər”.

“Prezidentin sərəncamı ilə ayrılan 2,5 milyon manat vəsait dini icmalara yönəldiləcək. Milli-mənəvi dəyərlərin gücləndirilməsi, dini maarifləndirmə işlərinin daha yüksək səviyyəyə qaldırılması üçün dini qurumlara bu vəsaiti ayıracağıq”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.
M.Qurbanlı bildirib ki, hər il qeyri-islami icmalara da vəsait ayrılıb: “Həm pravoslav, həm katolik, həm də yəhudi icması bu vəsaitləri alırdı. Prezidentin sərəncamı ilə ayrılan 2,5 milyon manatdan da qeyri-islami icmalara vəsait ayrılacaq. Yeri gəlmişkən, mən dünən sinaqoqda oldum, yəhudi icmasının nümayəndələri ilə görüşdük. Onlar da bu cür yardımlara görə prezidentə təşəkkür etdilər. Bildirdirdilər ki, dünyanın heç yerində Azərbaycandakı qədər tolerantlıq, dövlətin dini qurumlara bu cür dəstəyi yoxdur”. /

 

Google+ WhatsApp ok.ru