Azərbaycandan olan Kərbəla zəvvarı dünyasını dəyişdi

İmam Hüseynin (ə) Ərbəin günü ilə əlaqədar Kərbəla şəhərinə yollanan Azərbaycanlı zəvvarlardan biri dünyasını dəyişib. Maide.az xəbər verir ki, dünyasını dəyişən 71 yaşlı qadın Masallının Boradigah qəsəbəsinin sakinidir. 1943-cü il təvəllüdlü İsmayılova Böyükxanım Bağır qızı bu gün İraqın Nəcəf şəhərində ürək tutmasından dünyasını dəyişib. O, Nəcəf şəhərində dəfn ediləcək.
 
Allah rəhmət eləsin!

Google+ WhatsApp ok.ru