Azərbaycanda Facebook-da virus var

Azərbaycanda və dünyanın bir çox ölkələrində Facebook sosial şəbəkəsinin istifadəçiləri kütləvi virusun yayılmasından şikayət edirlər.  İstifadəçilərə dostlarından onların fotoşəkillərdə və ya videolarda qeyd olunması barədə xəbərdarlıqlar gəlir.
 
Linkə keçiddən sonra virus, yoluxmuş hesablardan həmin məlumatı paylaşmağa başlayır.
 
Virusa yoluxmamaq üçün əsas məsləhət – heç bir halda dostlarınızdan daixl olan şübhəli məlumatı açmayın. Yox, həmin məlumatı açmışsınızsa, o zaman mütləq parolu dəyişin və öz kompüteriniz yaxud telefonunuzda virusun yayılıb-yayılmadığını yoxlayın!

Google+ WhatsApp ok.ru