Azərbaycan ağıllı aviabombaların serialı istehsalına başlayacaq

2015-ci ildə Azərbaycan ağıllı aviabombaların serialı istehsalına başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

 Nazir bildirib ki, 2015-ci ildə Azərbaycanda artıq "İDEX 2014" sərgisində nümayiş olunan ağıllı aviabombaların seriyalı istehsalına başlanılacaq: "Ölkə daxilində müvafiq strukturların sifarişləri artıqlaması ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsal gücü verilən sifarişdən qat-qat artıqdır".

Y.Camalov deyib ki, Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalına xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər cəlb olnur: "Azərbaycanda müdafiə sənayesi məhsulların istehsalı üçün texnologiyalar hansı ölkələrdən alınırsa, həmin şirkətlərin nümayəndələri istehsal prosesində iştirak edə bilərlər. Məhz həmin şirklətlərin təmsil etdiyi ölkələrdən mütəxəssislər də dəvəd olunur".

Nazir bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyində (MSN) 58 istehsal sahəsi mövcuddur: "Onların hamısı dünyanın aparıcı şirkətlərindən alınmış avadanlıqlarla təchiz olunub: Hazırda nazirliyin müəssisələrində 900-də artıq müdasfiə təyuinatlı məhsullar isrehsal olunur və onların bir qismi bey sərgilərdə nümayiş olunur. Bey səegilərdə nüm edilən məəhsul sayı gekicı artır. Vaxtilə Türkiyədəki sərgidə 27, Malaziyada 132, bu il Bakıda kemirilən Müdafiə Sənayesi Sərgisində isə 168 adda müdafiə təyinatlı məhsul nümayiş olunub. 2014-cü ildə 100 milyon dollar dəyərində Azərbaycanda istehsalı olunan müdafiə təyinatlı məhsullar ixrac olunub".

Y.Camalovun sözlərinə görə, növbəti ildə ixrac daha çox olacaq: "Hazırda bir sıra ölkələrdən, o cümlədən Malaziyada Azərbaycanın müdafiə təyinatlı məhsullarının həmin ölkələrə ixracı ilə bağlı təkliflər var. Bununla bağlı müzakirələr gedir, müvafiq qərar qəbul olunacaq. Nazirlikdə müdafi təyinatlı məhsullarla yanaşı 450 addan yuxarı mülki təyinatlı məhsullar da istehsal olunur". /

Google+ WhatsApp ok.ru