Azərbaycanda “Youtube” istifadəçilərinin sayı kəskin artıb

"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ayda Azərbaycanda "Youtube" sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, "Facebook" və "Twitter" sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub
İslamazeri.az-ın Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkəmizdə  "Youtube" sosial şəbəkəsinin payı 90 faizədək artaraq sosial media bazarının 28,52  faizini təşkil edib. İstifadəçi marağına görə ikinci yeri 64,77  faiz bazar payı ilə "Facebook" sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,31 faiz bazar payı ilə "Odnoklassniki" sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.
 
"Twitter" şəbəkəsinin Azərbaycanda bazar payı 1,58 faiz təşkil edib.
Saytların reytinqini özünə məxsus üsulla ölçən alexa.com-da  Azərbaycanda ən çox ziyarət edilən saytlara görə facebook.com, google.com və google.az-dan sonra  "youtube" 4 yeri tutur. /


 

Google+ WhatsApp ok.ru