Azərbaycanda 5 bank zərərlə işləyir

2014-cü ilin noyabr ayının statistik məlumatına əsasən, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 5-i zərərlə, 39-u isə mənfəətlə işləyib.
 
Mərkəzi Bankdan Maide.az-a verilən məlumata görə, qeyd olunan tarixdə mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 439,44 milyon manat təşkil edib, zərərlə işləyən banklar üzrə bank sisteminin mənfəəti isə, 28,55 milyon manata çatıb.
 
Xatırladaq ki, bank sisteminin yekun mənfəəti 410,89 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin noyabr ayı ilə müqayisədə 76,73 mln. manat çoxdur.

Google+ WhatsApp ok.ru