Azərbaycanın bəzi ərazilərində intensiv qar yağacaq 16 Yanvar 2015 02:00 Ölkə Sabah Azərbaycanın bəzi ərazilərində intensiv qar yağacaq. Bakıda da havanın yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcəck, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq. Yanvarın 17-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağıntının intensiv olma ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə isti olacaq. Qeyd edək ki, yanvarın 17-dən 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək. / Teqlər : #Azərbaycanın bəzi ərazilərində intensiv qar yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hakimiyyətin “yeraltı əməliyyatı”nda ayrı-seçkilik QMİ: 20 Yanvar günü matəm libası geyib kədərə-qüssəyə batmaq günü deyil