Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

“APA-Economics”in məlumatına görə, sənədə əsasən Dövlət Sosial Müdafiə Fondu 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir.

Bundan başqa, fonda fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. /

Google+ WhatsApp ok.ru