Azərbaycan yenə `qeyri-azad` ölkə oldu

ABŞ-da mənzillənən Freedom House hüquq-müdafiə təşkilatı illik hesabatını yayıb. Qurum ötən il dünyada qlobal azadlıqda "narahatedici" eniş olduğunu vurğulayır. Suriya dünyanın ən qeyri-azad ölkəsi sayılıb. Rusiyanın Ukraynanı "işğalı" isə demokratiyaya pis zərbə adlandırılır.

Hesabatda deyilir ki, terror hücumlarının artması və avtoritar rejimlərin istifadə etdiyi aqressiv taktika ötən il dünyanın demək olar bütün regionlarında "demokratik standartlara xor baxılmasını" gücləndirib.

"Demokratiyanın dünyanın dominant idarəçiliyi kimi qəbul olunması son 25 ildə belə təhlükədə olmamışdı," bunu Freedom House-un vitse-prezidenti Arch Puddington deyir.

Dünyada Azadlıq-2015 hesabatı yanvarın 28-də yayılıb. Hesabat 195 ölkədə azadlığın səviyyəsini dəyərləndirib.

Hesabatda Azərbaycan son bir neçə ildə olduğu kimi, "qeyri-azad" ölkələr sırasında qərarlaşıb. Azərbaycanda hökumət tənqidçilərinin, insan haqları fəalları və jurnalistlərin həbsə atıldığı qeyd olunur.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ötən illərdə Freedom House hüquq-müdafiə təşkilatının hesabatlarını qəbul etməyib, deyilənləri "qərəzli" adlandırıb. azadliq /

Google+ WhatsApp ok.ru