Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib

Fevralın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Maide.az xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Google+ WhatsApp ok.ru