Azərbaycanlı girovların ailələrindən Avropaya MÜRACİƏT

Bu gün işğal edilmiş Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (ATƏT PA) Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsinin sədri İsabel Santosa müraciət ediblər.
Modern.az-ın məlumatına görə müraciətdə, girovların ailələri Komitə sədri İsabel Santosa onların sağlamlıqları ilə bağlı ciddi narahatlıq keçirdiklərini çatdırıblar. Məlumatı saytımıza girovların ailə üzvləri veriblər.
Ailə üzvləri Komitə sədrinə işğal edilmiş Kəlbəcərə öz ata-baba məzarlarını ziyarət məqsədilə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, heç bir insanlığa sığmayan fikizi, mənəvi zoraklıqlara məruz qalmaları haqqında məlumatlar veriblər.
Girov düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri İsabel Santosdan məsələnin ATƏT-in Parlament Assambleyasının qış sessiyası zamanı müzakirə edilməsini və onların azad edilməsini xahiş ediblər.
Məktubda qeyd edilib ki, İsabel Santos ATƏT PA kimi nüfuzlu bir qurumda insan haqları ilə bağlı komitəyə rəhbərlik edir.
Onların ailə üzvləri Ermənistan tərəfindən girov götürülüb və işgəncələrə məruz qalır. Ona görə də bu işlə məşğul olmağın komitə rəhbərinin borcu olduğu qeyd edilib.

Google+ WhatsApp ok.ru