Azərbaycan ərazisində hava küləkli olacaq, qar yağacaq 17 Fevral 2015 02:00 Xəbərlər Fevralın 18-də Bakı və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, gecə və səhər güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin fasilərlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Teqlər : #Azərbaycan ərazisində hava küləkli olacaq,#qar yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan əhalisinin sayı 9 593 min nəfərə çatıb `Qərbdəki müsəlmanlarla müqayisədə İrandakı xristianlar tam təhlükəsizdirlər`