Azərbaycan taekvondoçuları Qətərdən 4 medalla qayıdır

Taekvondo üzrə Qətərdə keçirilən “Qatar Open” turnirinə yekun vurulub. Maide.az "Apasport"a istinadən məlumat verir ki, G1 kateqoriyalı yarışa 11 taekvondoçu ilə qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.
 
Komandamızın heyətində ən yaxşı nəticə yenə Radik İsayevə məxsusdu. 87 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz həlledici görüşdə az öncə “Luxor Open”in finalında uduzduğu Yasur Baykuziyevi (Özbəkistan) məğlub edib.
 
Ondan fərqli, Kamil Abdurrazakovla (63 kq) Ayxan Tağızadə (68 kq) beynəlxalq turniri gümüş medalla bitirib. Hər 2 taekvondoçumuz finalda Cənubi Koreya idmançısına uduzub.
 
Yığmamızın aparıcı üzvlərindən olan Elvin Məmmədov (74 kq) isə bürünc medalla kifayətlənib. 

Google+ WhatsApp ok.ru