Azərbaycana yük daşıyan TIR-lar sərhəddə 25 kilometrlik növbə yaradıb

Türkiyənin Qars vilayəsinin Doğubayazit qəsəbəsinin 35 kilometrliyində yerləşən Gürbulak sərhəd-keçid məntəqəsində Azərbaycan, Özbəkistan və Türkmənistan kimi ölkələrə yük daşıyan TIR-ların 25 kilometrə qədər uzanan növbəsi yaranıb.
 
Virtualaz.org saytı xəbər verir ki, TIR növbəsinin yaranmasına görə Türkiyə tərəfi İranı, İran isə Türkiyəni ittiham edir.
 
TIR şöferləri isə deyirlər ki, onlar bir neçə gündür sərhəddə gözləməli olublar. Sürücülərdən birinin dediyinə görə, növbənin səbəbi İran tərəfinin maşınların sərhəddən keçməsini əngəlləməsi, onların sənədlərinə möhür vurmaması və yanacaqdoldurma məntəqəsinin yetməməsi ilə bağlıdır.
 
Belə ki, İran tərəfi Türkiyə sərhədinə yaxın yerdə cəmi bir yanacaqdoldurma məntəqəsi açıb ki, bu da yüzlərlə maşının yanacaq doldurmasına kifayət etmir.
 
“Çarəsiz vəziyyətdəyik, yeməyimiz tükənib, yanacağımız bitir, nə edəcəyimizi bilmirik”- sürücülərdən biri deyib.
 
Məlumata görə, sərhəddən keçib İran ərazisinə daxil olan maşınlar yanacaq doldurmaq üçün növbə gözləyir. İran tərəfinin yanacaq vermədiyini bilən sürücülərin bir hissəsi sərhədin Türkiyə tərəfində yanacaq doldurmağa çalışır. Belə ki, Türkiyədən İrana keçən TIR-ların bu ölkədə yanacaq doldurmaması üçün onların yanaacq çəni möhürlənir. Hər maşında möhürləmə işləri yarım saat çəkir və bu da uzun növbələrə səbəb olur./

Google+ WhatsApp ok.ru