Azərbaycan mart ayının 29-da yay vaxtına keçəcək 19 Mart 2015 02:00 Xəbərlər Bazar günü saat 4:00-da əqrəblər bir saat qabağa çəkiləcək Mart ayının 29-u Azərbaycanda yay vaxtına keçiləcək. Bu barədə APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata əsasən, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 29 mart 2015-ci il tarixində saat 4:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək. Teqlər : #Azərbaycan mart ayının 29da yay vaxtına keçəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Serbiyada Srebrenitsa qətliamında iştirak edən 7 nəfər həbs edilib Sumqayıta gedənlərin nəzərinə!