Azərbaycanda dolların ucuzlaşması, avronun bahalaşması davam edir

Bu gün aprelin 27-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 28-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0498 manata düşüb.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0023 manat və ya 0,2% bahalaşaraq 1,1419 manat olub.

Google+ WhatsApp ok.ru