Azər Maqsudov: `Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində 12 nəfərin müalicəsi davam edir`

Bakıda yanğın baş verən binadan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən xəsarət alanlardan 12-si müalicəsini davan etdirir. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov  açıqlamasında bildirib ki, onlardan 3-ü uşaq, 9-u böyükdür. Hazırda müalicəsini davam etdirənlərin vəziyyəti stabildir.
 
Hadisə nəticəsində mərkəzə gətirilənlərdən biri dünyasını dəyişib. O, 1947-ci il təvəllüdlü Elmira Yəhyayevadır. Həkimlərin səyinə baxmayaraq, dəm qazından və tüstüdən boğulma ilə xəstəxanaya gətirilən qadınının həyatını xilas etmək mümkün olmayıb.

Google+ WhatsApp ok.ru