Azərbaycanda 12 biznesmen həbs ediləcək

DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sahibkarların 6 nəfəri barədə həbs-qətimkan tədbiri seçilib. 
Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr verib. Məlumata görə, bu gün adı banklardan kredit kimi götürülmüş pulların mənimsənilməsi işində keçən daha 6 iş adamının həbs ediləcəyi gözlənilir.
Xatırladaq ki, son bir neçə həftə ərzində Azərbaycanda oliqarxların həbs dalğası həyata keçirilib.
Həbs edilən oliqarxlar Azərbaycan Beynəlxalq Bankından kredit qismində götürdükləri pulları talan etməkdə və mənimsəməkdə ittiham olunurlar. virtualaz /

Google+ WhatsApp ok.ru