Azərbaycan MN: Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 71 dəfə pozub 23 May 2015 01:00 Hərb Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 71 dəfə pozub. Maide.az-ın MN-ə istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Azərbaycan MN: Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 71 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və Rusiyanın hərbi gəmiləri Xəzərdə birgə təlimə çıxır Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 75 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'