Azərbaycanda rəqəmsal televiziyaya keçid vaxtı açıqlanıb

“2015-ci ildən sonra dünyada analoq televiziya yayım vasitələri, televizorların istehsalı dayandırılacaq”.
 
Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlaması zamanı bildirib.
 
Ə. Abbasov Azərbaycanın bu sahədə gördüyü işlərin inkişaf etmiş ölkələr səviyyəsində qiymətləndirildiyini bildirib.
 
“Analoq yayımın dayandırılmasına hazırıq. Biz bunu yay vaxtına, bu ilin iyun ayına planlaşdırırdıq. I Avropa Oyunları bitdikdən sonra Milli Televiziya və Radio Şurası ilə müzakirə edib payız aylarında rəqəmsal televiziyaya keçə biləcəyik”, - deyə nazir əlavə edib.

Google+ WhatsApp ok.ru