Azərbaycanda keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.
 
TQDK-dan verilən məlumata görə, buraxılış imtahanları təsdiq olunmuş qrafikə uyğun olaraq 2, 6, 11, 16 iyun tarixlərində aparılacaqdır.
 
Bu imtahanlarda Respublika üzrə 88151 nəfər XI  sinif, 107236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir.
 
Eyni gündə saat 10:00-da buraxılış sinfinin IX, saat 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.  
 
İmtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaqdır.
 
Qeyd edək ki, ilk imtahan sabah, iyunun 2-də, Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün keçiriləcək.

Google+ WhatsApp ok.ru