Azərbaycanda onlayn ipoteka müraciətləri sadələşdirilir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Azərbaycan İpoteka Fondu və "Elektron Hökumət" portalı nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.
 
MHM-dən verilən məlumata görə, toplantıda onlayn ipoteka müraciətinin portal vasitəsilə sadələşdirilməsi məsələsi müzakirə edilib.
 
Bu istiqamətdə hər iki qurumun texniki potensialı və qanunvericiliklə tənzimlənən məqamlar müzakirə edilib, onlayn ipoteka sisteminin daha rahat və səmərəli təşkili üzrə fikir mübadiləsi aparılıb. Görüş zamanı fond tərəfindən yaradılan onlayn ipoteka sisteminin portal üzərindən vətəndaşlara təqdimi və bu prosesin qanunvericiliyə uyğun şəkildə təmin edilməsi məsələləri müzakirə edilib.
 
Toplantı çərçivəsində portal üzərindən təqdim olunan, xüsusilə də, bank sektorunun maraq dairəsində olan elektron arayışlar əyani olaraq fondun əməkdaşlarına nümayiş etdirilib, elektron arayışların vətəndaşlar üçün təmin etdiyi üstünlüklər müzakirə edilib.
 
Tezliklə, vətəndaşlar onlayn ipoteka müraciətini daha rahat və çevik şəkildə icra edə biləcəklər.

Google+ WhatsApp ok.ru