Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Yaxın günlər ərzində ölkə ərazisində müşahidə edilən havanın temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında iyunun 20-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq./

Google+ WhatsApp ok.ru