Azərbaycanda dəhşətli qəza- Üçü gizir olmaqla 5 nəfər öldü

 Qax rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Report.az xəbər verir ki, Qax-Şəki yolunun 1-ci kilometrliyində baş verən hadisə nəticəsində 5 nəfər ölüb.  
Şəkidən Qax istiqamətinə hərəkət edən 10 UX 515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qaşıdan gələn 99 BS 466 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə toqquşub.  
Hadisə nəticəsində "Mersedes"də olan sürücü və sərnişin hadisə yerində ölüb. "Niva" markalı avtomobildə olan və Sərhəd Qoşunlarının əməkdaşları olduğu güman edilən hərbçilər də dünyasını dəyişib.  
Hadisənin yüksək surət səbəbindən baş verdiyi güman olunur.  
 Fövqəladə Hallar Nazirliyi Qaxda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.  
Maide.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Qax şəhəri, Qax-Şəki yolunun 5-ci kilometrliyində vətəndaşlara məxsus minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Niva” markalı minik avtomobilinin sərnişinləri 1991-ci il təvəllüdlü Əjdər Paşa oğlu Liftiyev və 1993-cü il təvəllüdlü Anar İftixar oğlu Zəminli, “Mercedes” makralı minik avtomobilinin sürücüsü Samir Teymur oğlu Məcidov və sərnişin 1986-ci il təvəllüdlü Pərvin Kamil oğlu Tosov hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.    Əməliyyat saat 20:51-də başa çatıb /

Google+ WhatsApp ok.ru