Azərbaycan Ruhanilər Məclisi Fitr bayramı münasibətilə müsəlmanları təbrik edir

Azərbaycan Ruhanilər Məclisi (ARM) mübarək Fitr bayramı münasibətilə bütün müsəlmanları xüsusi ilə Azərbaycan xalqını təbrik edir.
ARM-ın təbrik müraciətində bildirilir:  “ Əziz müsəlman qardaş və bacılar! Dəyərli İslam ümməti!  Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirik.  Fitr bayramı - həm müsəlmanların bayramıdır və həm də onların bir yerə toplaşdığı gündür. Bütün ürəklərin bir anda bir yerə diqqət etməsi - İslam ümməti üçün böyük bir fürsətdir. Bu, elə bir gündür ki, Allah Təalaya rəğbət nişan verirlər. Həmd olsun Uca Allaha ki, müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, mübarək ayın bayram səadətinə qovuşmağa nail olublar. Ümid edirik mübarək ramazan ayının sonunda , ramazan ayının fəzilətləri  və təlimləri sayəsində müsəlmanlar arasında dostluq və həmrəylik daha da gücləndiriləcək. Bir daha Fitr bayramı münasibəti ilə bütün dünya müsəlmanlarını xüsusi ilə əziz həmvətənlərimizi təbrik edir və sülh və əmin-amanlıq arzulayırıq.”
 

Google+ WhatsApp ok.ru