Azərbyacnda narkotik bitkilər əkən iki qardaş tutulub

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərdilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində tədbir keçirib. "Report" xəbər verir ki, rayonun Car kəndinin şimal-qərbində, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssəsinin Car meşəbəyliyində narkotik tərkibli bitki hesab olunan çətənə kolu bitkisi əkilən sahə aşkar edilib. Məlum olub ki, ərazidə narkotik tərkibli bitkini rayonun Car kənd sakinləri olan iki qardaş - 39 yaşlı İslam Tahir oğlu İbrahimov və 34 yaşlı Əhməd Tahir oğlu İbrahimov əkib. Zaqatala RPŞ əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ümumi sayı 358 ədəd olmaqla 3 kq 220 qram narkotik bitki hesab olunan çətənə kolları bitkisi yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Əməliyyat tədbiri nəticəsində İslam və Əhməd İbrahimov qardaşları tutulub.
Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru