Azərbaycanda isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək

Ölkə ərazisində günəşli, isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə isə 40 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq. /

Google+ WhatsApp ok.ru