Azərbaycan rəsmiləri İran prezidentinin qəbulunda 04 Avqust 2015 01:00 Siyasət Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvləri Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşüblər. Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdəki münasibətlər və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Məlumata görə, İranın gələcəkdə Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə hasil etdiyi təbii qazı Avropa bazarına çıxarması məsələsi də əsas müzakirə mövzularından olub. Xatırladaq ki, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası avqustun 3-4-də İranda səfərdədir, Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. Teqlər : #Azərbaycan rəsmiləri İran prezidentinin qəbulunda, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru YAP-da namizəd savaşı şiddətlənir Keçmiş məmurlara həbs təhlükəsi
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video