Azərbaycanda doğuş zamanı yenə ana oldu

Avqustun 7-də Bakının Qaradağ rayonundakı 4 saylı Doğum Evində doğuş zamanı ana ölümü baş verib.
 
Doğum Evindən verilən xəbərə görə, ölən qadın Qaradağ rayon sakini, 1993-cü il təvəllüdlü Alışanova Mehriban İlqar qızıdır. Doğum Evindən ölümün səbəbini açıqlamayıblar.
 
Hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır. 
 
Xatırladaq ki, bu bu il qeydə alınan ilk hadisə deyil. Daha öncədə respublikanın müxtəlif rayonlarında ana və körpə ölümü ilə bağlı faktlar baş verib. Ölümlərin səbəbi kimi isə adətən qadınların səhhətində olan problemlər və sairə göstərilir. 
 
Məsələn, fevralın 2-dən 3-nə keçən gecə Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana ölümü olub. Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb.
 
Gəncədə isə Gədəbəy rayon sakini Təranə Tamıyeva bu ilin martında qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib. Uşaq 3 kiloqram olub. Körpənin səhhətində heç bir problem olmayıb.
Lakin ana əməliyyatdan sonra dünyasını dəyişib. 
 
Ancaq ötən il doğuş zamanı ana ölümündə səhvi olan 42 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb. 13 həkim isə işdən azad olunub. 
Ötən ilin 7 ayı ərzində 8 qadın doğuş zamanı ölüb. 

Google+ WhatsApp ok.ru