AZƏRBAYCANDA ƏHALİNİN SAYINDAN ÇOX KREDİT VERİLİB

fins.az saytı yazır ki, indiyə qədər Azərbaycanda əhalinin sayından da çox – 10 milyon 24 min 400 kredit verilib. l
 
Bu, bir il əvvəllə müqayisədə 2 milyon 285.5 min ədəd və ya 29.5% çoxdur.
 
«Bu ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) 1 milyon 560.3 min sorğu göndərilib. 6 ayın yekunlarına görə, MKR-də 2 milyon 456.5 min borcalan haqqında məlumat var. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 317.6 min ədəd çoxdur. İndiyə qədər Azərbaycanda əhalinin sayından da çox – 10 milyon 24.4 min kredit verilib. Bu, bir il əvvəllə müqayisədə 2 milyon 285,5 min ədəd və ya 29.5% çoxdur». /

Google+ WhatsApp ok.ru