Azərbaycan səfirliyi itkin düşmüş balıqçılarla bağlı İran XİN-ə müraciət edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xəzər dənizində keçən həftə itkin düşmüş balıqçılarla bağlı məsələyə münasibət bildirib.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, itkin düşmüş balıqçılarlarla əlaqədar Azərbaycanın İrandakı səfirliyi bu ölkənin XİN-nə müraciət edib.
 
"XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi itkin düşmüş balıqçılarla əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Məsələ səfirliyin nəzarətindədir", - H.Hacıyev bildirib.
 
Qeyd edək ki, ötən həftə Neftçaladan balıq tutmaq üçün Xəzər dənizinə çıxmış 4 balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.

Google+ WhatsApp ok.ru