AzərRos Abbas Abbasovun istefasını qəbul edib

Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətin (AzərRos) Ağsaqqallar Şurası avqustun 31-də qurumun sədri Abbas Abbasovun öz xahişilə istefasını qəbul edib.
 
A.Abbasov Ağsaqqallar Şurasının üzvlərinə bildirib ki, onun qərarı düşünülmüş, ölçülüb-biçilmiş qərardır.
 
Ağsaqqallar Şurası təşkilatın möhkəmləndirilməsi və onun nüfuzunun artırılması, Azərbaycan icmasının birləşdirilməsi işində A.Abbasovun əməyini işini yüksək qiymətləndirib. Bu barədə AzərRos-un saytındakı məlumatda deyilir. Lakin quruma kimin rəhbərlik edəcəyi məlumatdan aydın olmur.
 
Xatırladaq ki, A.Abbasov 2008-ci ildə baş nazirin müavini postundan istefa verərək Moskvaya gedib.
 
Son illər hökumətyönlü mətbuat A.Abbasovu çevriliş hazırlamaqda, Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı Kremlin tapşırıqlarının və məxfi planlarının yerinə yetirilməsində ittiham edib. Bu yazılar sifariş xarakterli olaraq Bakıdakı rəsmi qurumlardan daxil olurdu. 
 
Lakin A.Abbasova qarşı açıq konfrontasiya AzərRos və Azərbaycanın Moskvadakı səfirliyi arasında müşahdə olunurdu.

Google+ WhatsApp ok.ru