Azərbaycanın ən adlı-sanlı universitetinin biabırçı reytinqi

Azərbaycandan üç universitetin adı dünya reytinqinə salınıb, ancaq 651-ci pillədən sonra gəlirlər.
 
Sentyabrın 15-də «QS Dünya Universitet Reytinqi 2015» açıqlanıb. Məqsəd tələbələrə dünyanın aparıcı universitetlərinin müqayisəsini aparmaqda kömək etməkdir. Reytinq akademik nüfuz, işçi nüfuzu, tələbə-fakültə nisbəti və sairə amillər daxil olmaqla, altı indikator əsasında hazırlanır.
 
Bu il reytinqə 82 ölkənin adı salınıb. ABŞ 154, Böyük Britaniya 71, Almaniya 43, Fransa 41 universitetlə təmsil olunur. Siyahıda Yaponiyadan 38, Avstraliyadan 33, Çindən 30, Kanada və İtaliyanın hərəsindən 26, Braziliyadan 22, Rusiyadan 21 universitet adına rast gəlinir.
 
Reytinqdə ilk üç yerdə Massaçusets, Harvard və Kembric universitetləridir. Bu universitetlərin balı uyğun olaraq 100, 98.7 və 98.6-dır.
 
Azərbaycandan Xəzər Universiteti 651-700-cü yerdə qərarlaşıb. Bakı Dövlət və Qafqaz universitetləri isə 701-ci pillədən sonra gəlir.

Google+ WhatsApp ok.ru