Azərbaycanlı zəvvarların Həccdən qayıdış tarixləri açıqlanıb

Azərbaycanlı zəvvarların Həcc ziyarətindən qayıdış vaxtları açıqlanıb.
 
Qafqaz Müsəlmanları İdarəsindən Maide.az-a verilən məlumata görə, sentyabrın 29-dan etibarən azərbaycanlı zəvvarları təyyarə ilə vətənə qayıdacaq. İlk reys VİP zəvvarları gətirən təyyarəyə aid olacaq. Qayıdış uçuşları 4 gün davam edəcək.
 
Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc səfərləri sentyabrın 11-dən başlayıb və 15-də başa çatıb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və bütün yerlər dolub. 

Google+ WhatsApp ok.ru