Azərbaycan mülkiyyətin ən pis qorunduğu 40 ölkədən biridir

Dünya İqtisadi Forumu 2015-2016-cı illər üzrə Qlobal rəqabətqabiliyyətliliyi hesabatını açıqlayıb. Hesabatın linki aşağıdadı və ətraflı tanışlıq mümkündü.
İqtisadçi-ekspert Rövşən Ağayev Facebook səhifəsində Azərbaycanla bağlı diqqəti cəlb edən və mühüm saydığım bir neçə məqamı yazıb:
1) Mülkiyyət hüququ ilə bağlı Azərbaycan ötən ilə nisbətən 10 pillə geriləyib və 140 ölkə arasında 101-ci yeri tutub. Bu o deməkdir ki, ölkəmiz dünyada mülkiyyət hüququnun ən pis qorunduğu 40 ölkədən biridir
2) Əqli mülkiyyət hüququnun qorunması üzrə 12 pillə geriləyərək 92-ci sırada yer almışıq;
3) İnvestrorların müdafiəsi sahəsində 28 pillə geriləyərək 50-ci yerdə qərarlaşmışıq.
Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üçün çox vacib olan subindikatorlar – təhsil və insan kapitalının inkişafını müəyyən edən göstəricilərdə vəziyyətimiz yaxşılaşmayıb və yenə 100-dən aşağı sıralarda qərarlaşmışıq. Məsələn, ibtidai təhsillə əhatə səviyyəsinə görə 105-ci yerdə (ötən il 104), təhsil sisteminin keyfiyyətinə görə 107-ci yerdə (ötən il 104), ibtidai təhsilin keyfiyyətinə görə 106-cı yerdə (ötən il 106) dayanırıq.azadliq /

Google+ WhatsApp ok.ru