Azərbaycan ruhaniləri və möminləri Minada baş verən faciədə həlak olanların xatirəsini yad edib - FOTO

Azərbaycan ruhaniləri və möminləri Minada baş verən faciədə həlak olanların xatirəsini yad edib. 
Maide.az xəbər verir ki,  Səudiyyə rejiminin Mina faciəsində öz öhdəliyini düzgün yerinə yetirməməsinə etiraz və Mina şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə ötən axşam Bərdədə  İmam Sadiq əleyhissəlamın nəvəsi Şahzadə İsmailin müqəddəs məqbərəsində məclis keçirilib.
Məclisdə Bərdə və ətraf rayonlardan olan möminlər iştirak edib. Ilk öncə Hacı Adilin imamətliyi ilə şam namazı qılınıb.  Hacı Rəşadın qiraəti ilə Quran tilavət olunub və  sonra Şeyx Sərdar Hacıhəsənli çıxış edib. 
Sərdar Hacıhəsənli çıxışının əvvəlində Mina faciəsi qurbanlarının xatirəsinin yad ediləməsi üçün məclisə müxtəlif bölgələrdən gəlmiş möminlərə təşəkkür edib.
"Sözümün əvvəlində öz insani və islami vəzifələrini zamanında duyaraq və bilərək, Allah evinin zəvvarlarının məzlumcasına dunyadan getməsinə öz iman reaksiyasını göstərən, onların adlarına məclis quran və xatirələrini əziz tutan  möminlərə təşəkkürümü bildirirəm.  Bu İlahi şüarlardan biridir və ilahi şüarları diri saxlamaq qəlbin təqvasının təsirindəndir"-deyə Şeyx Sərdar Hacıhəsənli bildirib.   
Çıxışında Sərdar Hacıhəsənli ilk öncə həccin əhəmiyyəti, daha sonra həccin mahiyyəti və sonda həcc təşkilatçılarının üzərinə düşən məsuliyyət və öhdəçiliklər haqqında danışıb. 
Şeyx Sərdar Hacıhəsənli həcc səfərində Ali Səud rejiminin həcc zəvvvarlarına etinasız yanaşmasına, hacıların orada çəkdiyi sıxıntılara toxunaraq  bildirib ki, Həcc mövsümündə bu ilk dəfə deyil ki, belə faciəvi hadisələr baş verir, bundan öncədə dəfələrlə səud rejiminin məsuliyyətsizliyi üzündən böyük faicələrin şahidi olmuşuq.
O əlavə edib ki, bu məsuliyyətsizliyin başlıca səbəbi onların (Səud rejiminin) Allaha sevgisinin olmamasından irəli gəlir, çünki Allah bəndələri yalnız Allahı sevən insanlara əzizdir. 
Sərdar Hacıhəsənli bildirib ki, onlar  Allahı sevmədikləri üçün Allah bəndələrinin bu cür faicəvi şəkildə dünyalarını dəyişməsinə göz yumdular, hətta onların cənazələrinə belə hörmətsizlik edərək Mina şəhədilərinin intihar etdiklərini dilə gətirdilər.
 
Qeyd edək ki, məclisin sonunda iştirakçılar bəyanat səsləndiriblər.  
Bəyanatda bildirilir: "Bismillahir-rəhmanir-rəhim.  Inna lillah və inna iləyhi raciun. Bu ilki həcc mərasimi bir neçə ağrılı – acılı hadisə ilə yadda qaldı. Kranın aşması nəticəsində canlarını qurban verən hacıların müsibəti hələ unudulmamış, dünya, Qurban bayramı günü daha bir dəhşətli hadisənin şahidi oldu.  Məlumatlara görə, 4000-dən çox hacı ehram libasında, süni yaradılmış izdihamda bu faciənin qurbanı oldular.  Faciədə mənfur ali-səud rejiminin üzürsüz təqsiri açıq-aydın görünür. Bu faciə ali-səudun üzərinə silinməz bir ləkədir. Klassik cahiliyyət və ondan doğan Əməvi tərzi təfəkkürünün günümüzdəki davamı sayılan Səud rejiminin üzərində onsuzda  belə ləkələr çoxdur. Heç bir dini-qanuni izahı olmayan Yəmənə hücumu, indiyə kimi Yəməndə 500-dən artıq uşağın qətli bu ləkələrdən biridir."
Bəyanatda həmçinin bildirilir ki,  "Ali Səud rejiminin Qurban bayramı günü qabaqcadan xəbərdarlıq etmədən hacıların yolunu bağlaması, istidən can verən hacılara bir içim belə su verməməsi, ölənlərin cənazələrinə hörmətsizlik etməsi, saatlarla cənazələri üst-üstə  qoyması bu rejimin ləyaqətsizliyini bir daha göstərdi. Biz Azərbaycan möminlərinin kiçik bir nümayəndəsi olaraq bu gün İmam Sadiq əleyhissəlamın nəvəsi  Şahzadə İsmailin müqəddəs məqbərəsinə toplaşıb bu müsibəti əhli-beytə başsağlığı verməyə, Zəmanə sahibinə və onun haqq naibinin qəmli qəlbinə azda olsa su səpməyə, dünya müsəlmanları ilə həmrəy olmağa və ümmətçiliyimizi göstərməyə gəlmişik.  Gəlmişik ki, bu hadisəni yaşadaq. Çünki yaşatmadıqca unudulur. Bu hadisədə də vəliyyi-fəqihin nərəsi olmasaydı faciə ört-basdır ediləcəkdi. Biz də bu nərəyə səs vermək üçün toplaşmışıq. 
Biz məzlumiyyət bayrağını yerə qoymamalıyıq, Qarabağı, Xocalını unutmamalıyıq. “Məndən ötdü qardaşıma dəydi” xəstəliyindən şifa tapmalıyıq. Çünki  Hicaza hakim olmuş modern cahiliyyət sayılan azğın vəhhabi tərzi-təfəkkürü doğma Azərbaycanımızı da hədələyir."  /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru