Azərbaycanda maaş böhranı başlayır

Dövlət qurumlarında əmək haqlarının verilməsində problemlər yaranıb

Büdcə təşkilatlarında ciddi maaş böhranı gözlənilir. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, büdcəni doldurmaq üçün Vergilər Nazirliyinin üzərinə qoyulan öhdəliyin yerinə yetirilməsi çətinləşib. Qeyd edək ki, 2015-ci il üçün Vergilər Nazirliyi 7 milyard manat vergi toplamalıdır. Cari ilin 9 ayı ərzində nazirlik 5 milyard vergi toplayıb.
 
Beləliklə, Vergilər Nazirliyi qarşıdakı 3 ayda 2 milyard manat vergi toplamalıdır. Bu hər aya 600 milyon manatdan çox vəsait edir ki, ekspertlər indiki halda bu məbləğin toplanacağını inandırıcı saymırlar. “Ilin əvvəli ilə müqayisədə böhran daha da dərinləşib. Rəsmi məlumata görə, 30 min iş yeri bağlanıb. Lakin reallıqda bu rəqəm bir neçə dəfə çoxdur. Bundan başqa bütün büdcə təşkilatlarından vergi tələb olunur. Lakin dövlət qurumları tələb olunan vergini ödəmək iqtidarında deyillər. Bütün bunlar Vergilər Nazirliyinin öhdəliyi tam yerinə yetirəcəyinə şübhələri artırır. Öhdəlik yerinə yetirilməcəyi təqdirdə isə maaş böhranı qaçılmaz olacaq. Artıq bəzi qurumlarda böhran başlayıb. Məsələn, ”Azərenerji” və “Azəryolservis”də maaşlar bir neçə aydır ki, gecikir”,- deyə ekspertlər bildirib.

Google+ WhatsApp ok.ru