`Azərenerji` işçilərinin əməkhaqqı nəyə görə gecikir?

"Azərenerji" işçilərinin əmək haqlarının gecikməsi elektrik enerjisindən istifadəyə görə yığımın gecikməsi ilə bağlıdır. Maide.az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib.
O qeyd edib ki, yığım "Azərişıq"dan asılıdır. 
"Azərişıq" elektrik enerjisindən istifadəyə görə, paylayıcı şəbəkələrdən vəsaitləri yığır və onu da "Azərenerji"yə köçürür. "Azərenerji" də bununla əmək haqlarını və digər ehtiyaclarını ödəyir. Yəni bunlar zəncirvaridir. Əgər elektrik enerjisindən istifadəyə görə, tam vaxtlı vaxtında, tam şəkildə ödəniş olsa, burada problem olmaz", - o bildirib.

Google+ WhatsApp ok.ru