Azərbaycan Rusiyanın QLONASS sisteminə qoşula bilər

Azərbaycan gələcəkdə Rusiyanın QLONASS (ABŞ-ın GPS sisteminin analoqu) sisteminin inkişafına qoşula bilər. Bu barədə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib. "Azərbaycanla Rusiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Əgər bu sistemin inkişafına gələcəkdə bir töhfə verə biləriksə, buna qoşula bilərik. Bunun üçün tərəflərin qarşılıqlı anlayışı olmalıdır", - deyə R. Nəbiyev bildirib.

Google+ WhatsApp ok.ru