Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti uzadıldı

İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətini 30 günədək uzadıb.
 
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.
 
Səfir qeyd edib ki, Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb.
 
Xatırladaq ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

Google+ WhatsApp ok.ru